İnkoterms

Beynəlxalq ticarətdə ünsiyyətin vacib hissələrindən biri olaraq İNKOTERMS böyük rol oynayır. Dünyanın hər bir yerində malların alqı-satqı müqavilələrinə əlavə olunan İNKOTERMS terminləri əsasə ayda olaraq idxalçıların, ixracçıların, hüquqşunasların, yük daşıyıcılarının, sığorta işçilərinin və beynəlxalq ticarəti öyrənən tələbələrin fəaliyyətinin qaydalarını müəyyənləşdirir.

EXW /ex Works – satıcı malı alıcıya öz müəssisəsinin  ərazisində və ya anbarında təhvil verir. Satıcı tərəfində malın nəqliyyat vasitəsinə yüklənmə si və hər hansı bir rəsmiləşdirmə işlərinin aparılması vacib şərt ola bilməz.

FCA / Free Carrier – satıcı malı öz müəssisəsinin ərazisində və ya öncədən qarşılıqlı razılaşdırılmış yerdə təhvil verir. Bu halda mal üzərində olan məsuliyyət onun təhvil verildiyi yerdən alıcıya keçir. Adətən ixrac gömrük işləri satıcı təfindən icra olunur.

CPT /
Carriage Paid to – satıcı malı alıcıya və ya alıcı tərəfindən təyin edilmiş üçüncü tərəfə öncədən müəyyən edilmiş yerdə təhvil verməlidir. Bu halda malın təhvil verilən yerə qədər daşınma xərci satıcı tərəfindən qarşılanır. Yalnız malın itkisindən və ya zədələnməsindən sığortalamaq məsuliyyəti alıcı tərəfə keçir.

CIP / CIP     Carriage and Insurance Paid to – satıcı malı alıcıya və ya alıcı tərəfindən təyin edilmiş üçüncü tərəfə öncədən müəyyən edilmiş yerdə təhvil verməlidir. Bu halda malın təhvil verilən yerə qədər daşınma xərci satıcı tərəfindən qarşılanır və malın itkisindən və ya zədələnməsindən sığortalamaq məsuliyyəti satıcı üzərində qalır.


DAT / Delivered at Terminal – satıcı malı alıcıya Terminala qədər çatdırıb boşaldılması ilə təhvil verir. Terminal dedikdə yükün təyinat yerində öncədən müəyyən olunmuş qapalı və ya açıq ərazilər, o cümlədən dəniz / hava limanlarında, dəmir yolu vağzallarında və gömrük məntəqələrinin  ərazisindəki anbarlar nəzərdə tutulur. Terminala çatdırılma, boşaldılma və sığorta xərclər satıcı tərəfindən qarşılanır.

DAP / Delivered at Place – satıcı malı alıcıya alıcının anbarına və ya öncədən müəyyən olunmuş yerə çatdırılması ilə təhvil verir. Bu halda idxal gömrük rəmiləşdirilməsi satıcı tərəfindən icra olunur. Təyinat yerinə qədər çatdırılma və sığorta xərclər satıcı tərəfindən qarşılanır.

DDP 
/ Delivered Duty Paid - satıcı malı alıcıya alıcının anbarına və ya öncədən müəyyən olunmuş yerə çatdırılması ilə təhvil verir. Təyinat yerinə qədər çatdırılma, sığorta xərcləri və idxal gömrük xərcləri satıcı tərəfindən qarşılanır.


DƏNİZ DAŞINMASINDA  TƏTBİQ OLUNAN QAYDALAR

FAS / Free Alongside Ship – satıcı malı alıcıya təyin olunmuş limanda təhvil verir. M
alın itkisindən və ya zədələnməsindən sığortalamaq məsuliyyəti alıcıya keçir. Gəmiyə yüklənmə və sonrakı daşınma xərci alıcı tərəfindən qarşılanır.

FOB / Free On Board – satıcı malı alıcıya gəmi göyərtəsində təhvil verir. M
alın itkisindən və ya zədələnməsindən sığortalamaq məsuliyyəti alıcıya keçir. Sonrakı daşınma xərci alıcı tərəfindən qarşılanır.

CFR / Cost and Freight – satıcı malı alıcıya və ya alıcı tərəfindən təyin edilmiş üçüncü tərəfə təyinat limanında təhvil verir.
Bu halda malın təhvil verilən yerə qədər daşınma xərci satıcı tərəfindən qarşılanır. Yalnız malın itkisindən və ya zədələnməsindən sığortalamaq məsuliyyəti alıcı tərəfə keçir.

CIFCost Insurance and Freight -
satıcı malı alıcıya və ya alıcı tərəfindən təyin edilmiş üçüncü tərəfə yükün təyinat limanında təhvil verir. Bu halda malın təhvil verilən yerə qədər daşınma xərci satıcı tərəfindən qarşılanır və malın itkisindən və ya zədələnməsindən sığortalamaq məsuliyyəti satıcı üzərində qalır.