Dəniz yolu ilə daşıma

Nəqliyyat daşınma növləri içində çatdırılma müddəti çox olmasına baxmayaraq ən sərfəli variant kimi dəniz yolu ilə daşınmanı hesab etmək olar. Əsasən qitələr arası yüklərin daşınmasında tətbiq olunan dəniz yolu daşınmasında yüklərin növlərindən, çəkilərindən və eyni zamanda ölçülərindən asılı olaraq konteynerlərdə və ya göyərtə yükü kimi daşınması həyata keçirilir.

Dəniz yolu ilə daşınma üzrə aşağıdakı xidmətləri təqdim edirik :

  • Tam və ya qrupaj olaraq konteynerlə yüklərin daşınması;
  • Yüklənmə ölkəsindən asılı olmayaraq daşınan yüklərə müvafiq konteynerlərin təyini, sifarişi və gəmidə yerin alınması;
  • Yüklənmə ölkəsində ixrac rəsmiləşdirilməsi və daxili daşınma;
  • Dəniz yolu ilə Bəndər Abbas, Poti və Aktau limanları üzərindən Azərbaycana idxal olunan yüklərin həmin limanlarda qısa vaxt ərzində rəsmiləşdirilməsi və təyinat yerinə çatdırılması;
  • Azərbaycandan ixrac olunan yüklər üçün lazımi ölçülərdə konteynerlərin sifarişi və yüklənmə yerinə çatdırılması;

Müxtəlif istiqamətlərdən minik və yük avtomobillərinin, eləcə də xüsusi texnikaların daşınması.