Dəmir yolu nəqliyyatı ilə daşıma

Dəmir yolu ilə daşınmanın başlıca özəlliyi avtomobil daşınmasına nisbətən daha ucuz olmasıdır. Dəmir yolu vasitəsi ilə müxtəlif növ və ölçülü yüklərin istənilən məsafədə daşınması məqsədəuyğundur.

Dəmir yolu nəqliyyatı ilə aşağıdakı xidmətləri təqdim edirik :

  • Müxtəlif növ yüklərin daşınması üçün nəzərdə tutulan müvafiq vaqonların təyin olunması;
  • Azərbaycanda və digər MDB ölkələrində tələb olunan növdə və sayda vaqon sifarişi;
  • Vaqon təyinatına dair təlimatların və digər lazımi sənədlərin hazırlanması;
  • Əndazəli və təhlükəli yüklərin daşınması;
  • Dəmir yolu ilə konteynerlərin daşınması;

Ehtiyac yarandığı halda bərkidilmə işlərinin aparılması üçün ölçü sxemlərinin hazırlanması.