Avtomobil nəqliyyatı ilə daşıma

Avtomobil nəqliyyatı ilə daşınmanın daha tez-tez istifadə olunan daşınma növlərindən olmasına səbəb yüklərin istənilən zaman və istənilən yerdən rahat bir şəkildə alınmasıdır. Eyni zamanda bu nəqliyyat növü ilə daşınmanın bir üstünlüyü də çatdırılma müddətinin digər nəqliyyat növlərinə nisbətən daha az olmasıdır.

Avtomobil nəqliyyatı ilə aşağıdakı xidmətləri təqdim edirik :

  • Tam maşın və ya qrupaj yüklərin daşınması;
  • Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Avropa və Orta Asiya ölkələrindən Azərbaycana təyin olunan tarixlərdə yükləmələr; 
  • Azərbaycandan istənilən istiqamətlərdə ixrac olunacaq yüklərin daşınması;
  • Qida və qeyri – qida ərzaqlarının daşınması üçün tələb olunan növdə nəqliyyat vasitəsi ilə yüklərin təyinat yerinə çatdırılması;
  • Təhlükəli maddələrin daşınması üçün ADR lisenziyalı sürücü və nəqliyyat vasitəsi ilə təmin olunması;
  • Əndazəli yüklərin daşınması;
  • İstənilən növ yüklərin ölkə daxili daşınması;
  • Ölkə daxili kuryer xidməti;
  • Ehtiyac olduqda daşınmaya müvafiq əlavə işlər (çəkilmə, ölçülmə, yükləmə, boşaldılma və s.)